Artemis – qədim yunan mifologiyasında ovun əbədi gənc ilahəsi, məhsuldarlıq ilahəsi, qadın iffət ilahəsi, yer üzündəki bütün həyatın hamisi. Bu güclü və gözəllik rəmzi olan ilahədən ilham alaraq, qadınlar üçün klubumuzu Artemidanın şərəfinə adlandırdıq.
Artemida Fitness Club-daxüsusi fərdi məşqlər sistemi hazırlayan təcrübəli mütəxəssislər çalışır. Buməşqlər sağlamlıq və artıq çəki problemini köklü şəkildə həll etməyə imkanverəcəkdir. Bizim məşqçlər fiziki təkmilləşdirilmə, əzələ qruplarınınmöhkəmləndirilməsi, gücün inkişafı, ürək-damar sisteminin işininnormallaşdırılması, metabolik proseslər üçün nəzərdə tutulmuş mükəmməl məşqlərkompleksini seçəcəklər.
Fly Yoqa və pilates üzrə məşqçimiz Səidə ilə siz, sinir sistemini rahatlaşdırmaqla yanaşı onurğa sütununü dartıb, əsas əzələ qruplarını gücləndirib dözümlülüyü və elastikliyi artıracaqsınız.
TRX üzrə beynəlxalq dərəcəli məşqçi Çinarə Məmmədova —beynəlxalq dərəcəli sertifikatlı məşqçimizdir. O, öz bacarıqlarını gözəl xanımlarımıza inteqrasiya etməyə hazırdır.
Streçinq və gimnastika üzrə məşqçi - Əməkdar idman ustası, vitse Avropa çempionu, möhtəşəm Aelita sizə mükəmməl elastikliyə nail olmağa kömək edəcək.
Özünümüdafiə və boks məşqçisi - O, Şotokan Karate üzrə 15 qat Respublika çempionu, Avropa çempionu və dünya kubokunun sahibidir.
Fitness, Funksional Treining - O, Azərbaycan Milli Atletika Komandasının üzvü, eyni zamanda şüvüllə tullanma üzrə rekordçu və Azərbaycan çempionu olub.
Artemida Women’s Club — Azərbaycanda premium seqmentinin ən öndə olan qadın klubudur. Burada bütün gözəl xanımlara geniş və tam təchiz olunmuş idman salonunda fitnes-məşqlər təklif olunur. Ən müasir və innovativ trenajorlar, geniş məkan, qrup və fərdi məşğələlər — sizin xidmətinizdədir.
Həmçinin bizim klubda Spa, Boks, TRX zona, Fly Yoga, Pilates, Gözəllik Salonu, Healthy Cafe, Türk Hamamı, Sauna, Masaj zonası da təqdim olunur.
Bizim klubumuz sevimli xanımlarımızı sağlamlıqlarına və bədən formalarına aktiv şəkildə diqqət yetirməkləri üçün hər bir şarait təklif edir.